Azərbaycan millisinin sabiq futbolçusunun oğluna 200 milyon avro qiymət qoydular

İDMAN 22 iyn 2024, 20:17
"Napoli"nin prezidenti Aurelio De Laurentsi gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı 200 milyon avro qarşılığında satmağa hazırdır.

Məlumata görə, klub prezidenti PSJ klubundan Xviça üçün 200 milyon avro tələb edib.

Fransa klubunun rəsmiləri isə bu mövzunu müzakirə etmək üçün görüşmək istədiklərini bildiriblər.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm çıxdığı 46 oyunda 11 qol, 9 assistlə yadda qalıb.

Xatırladaq ki, Xviça 2000-ci ildə futbol üzrə Azərbaycan millisinin formasını geyinən Badri Kvaratsxeliyanın oğludur.

B.Kvaratsxeliya 1997-98-ci illərdə Gəncənin "Kəpəz", 1998-2005-ci illərdə "Şəmkir" klublarında çıxış edib.(oxu.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top