Şamaxıya sel gəldi, adamlar avtomobildə köməksiz qaldılar — VİDEO

HADİSƏ 22 iyn 2024, 13:05

Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən avtomobildə olan üç nəfər təhlükəli vəziyyətdə qalıb.

Demokrat.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış "Niva" markalı minik avtomobilində olan üç nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top