Husilər daha 3 gəmini hədəf aldı

DÜNYA 14 iyun 2024, 20:41
Yəməndə İranın dəstəklədiyi husilər son 24 saat ərzində Qırmızı dəniz və Oman dənizində 3 gəmini vurublar.

Demokrat.az
xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Seri açıqlama verib.

O bildirib ki, hücum ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilib:

“Oman dənizində Verbena gəmisi ballistik raketlə vurulub və gəmi alovlanıb. Qırmızı dənizdəki “SeaGuardian” və “Athena” gəmiləri də birbaşa ballistik raketlər və PUA-larla vurulub”.

Qeyd edək ki, gəmilərə məxsus təşkilatlar haqqında məlumat verilməyib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top