Kiyev və NATO Putinin “təcili atəşkəs” təklifini rədd etdi

DÜNYA 14 iyun 2024, 20:25
Rusiya prezidenti Vladimir Putin Kiyev administrasiyasına Moskvanın işğal etdiyi rayonları tərk edəcəyi və NATO hədəfindən əl çəkəcəyi təqdirdə atəşkəs vəd edib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, NATO və Kiyev hökuməti Putinin təklifini rədd edib və Rusiya liderinin bəyanatlarını pisləyib.

Ukrayna hökumətinin müşaviri Mixailo Podolyak sosial media hesabında bu təklifi sərt şəkildə tənqid edib.

NATO-nun baş katibi Yens Stoltenberq də Brüsseldə keçirdiyi mətbuat konfransında Putinin təklifini rədd edib və bu təklifin “xoş niyyətlə” edilmədiyini bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top