BMT Ukrayna Sülh Sammitində müşahidəçi kimi iştirak edəcək

DÜNYA 14 iyun 2024, 18:59
BMT 15-16 iyun tarixlərində İsveçrənin ev sahibliyi edəcəyi Ukrayna Sülh Sammitinə müşahidəçi qismində qatılacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna humanitar yardım koordinatoru Denis Braun açıqlama verib.

O bildirib ki, sammit vasitəsilə Ukrayna üçün ədalətli sülh əldə olunacağını ümid edir:

“BMT nizamnaməsinə uyğun olaraq ədalətli sülhün bərpasına ümid edirik. BMT sabah başlayacaq Ukrayna Sülh Sammitinə müşahidəçi kimi qatılacaq. 

BMT adından qatılacaq şəxslər isə bu gün açıqlanacaq. BMT orada olacaq və biz Ukrayna üçün ədalətli sülhü müdafiə etməyə davam edəcəyik".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top