Şair Namiq Hacıheydərli haqqında sənədli film çəkildi — VİDEO

İNCƏSƏNƏT 14 iyn 2024, 11:09
Şair Namiq Hacıheydərlinin xatirəsinə həsr olunmuş “Yarımçıq vəsiyyət” sənədli filmi hazırlanıb. 

Demokrat.az
xəbər verir ki, filmdə Namiq Hacıheydərlinin həyat və yaradıcılığından geniş bəhs olunur. 

Ekran işində həmçinin şairin qızı Leyla Heydərovanın atası haqqında xatirələrinə də yer verilib. 

“Bir qız üçün ən böyük itki neçə yaşında olursa, olsun, atasını itirməkdir. Heç vaxt kənardan ataların qızları ilə münasibətlətlərinə heyranlıqla baxmamışam, çünki insanların kənarda baxanda heyranlıq duya biləcəti ata-qız münasibətimiz var idi bizim”, - deyən Leylanın bu sözləri həqiqətən təsirlidir. 

Filmdə şair Əlisəmid Kür, yazıçı, publisist, şair Əkbər Qoşalı, professor, ədəbi tənqidçi Qurban Bayramov, tarixçi Ramazan Hüseynov, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Səfəvi, jurnalist Böyükağa Mikayıllının Namiq Hacıheydərli haqqında fikirləri də yer alıb. 

Ömrünün cavan çağında vəfat edən şairin yaxınları, qohumları, dostları da onun həyat və yaradıcılığından geniş söhbət açıb, xoş xatirələrini bölüşüblər.

Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-publisist Namiq Hacıheydərli  2024-cü il aprelin 27-də qəfil vəfat edib. 

Namiq Hacıheydərli “Ey türk doğulan”, “Muğanın səsi” kitablarının müəllifidir.

Ətraflı videoda: 



Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top