Dünya brendlərini bir araya toplayan məkan — "Crescent Mall" (VİDEO)

SAHİBKARLIQ 13 iyn 2024, 16:53
Bakı şəhərinin müasir və çoxşaxəli inkişafını əks etdirən "Crescent Mall" ticarət mərkəzi 28 may tarixindən etibarən qonaqların xidmətindədir. Ənənənin innovasiyalarla qovuşduğu ticarət mərkəzi şəhərin dinamik ruhunu əks etdirən alış-veriş, əyləncə və istirahət təklif edir.

"Crescent Mall" 115.044 kvadratmetr inşaat ərazisində yerləşir. Beşmərtəbəli müasir texnologiyalarla inşa edilmiş bina, geniş və üçmərtəbəli 1193 ədəd parkinq yeri, açıq havada yerləşən terras və restoran əraziləri, həmçinin ilk dəfə Azərbaycanda fəaliyyət göstərəcək musiqili fontan ilə fərqli alış-veriş təcrübəsi təklif edir. Ticarət mərkəzinin ümumi icarə ərazisi 39.110 kvadratmetrdir.

Ticarət mərkəzində JYSK, "Rahat", ZARA, "Beauty Voyage", "Superstep", "Furla", "Hello Park", "Be FİT", "Baku Electronics", "Karaca", "Curve Bowling", "Koton", "Ali&Nino", "Kids City" kimi əhəmiyyətli ticarət markaları fəaliyyət göstərir. Həmçinin ticarət mərkəzi ölkəmizdə ilk dəfə fəaliyyət göstərəcək "ZARA Home", "Penelope", "Medicine", "Melissa", "Wycon" kimi brendlərə ev sahibliyi edəcək. Azərbaycanda fərqli qastronomiya təcrübəsi təqdim edəcək və ilk dəfə fəaliyyət göstərəcək "Huqqabaz", "Dolce Far Niente", "Lulu" kimi restoranlar da məhz "Crescent" ticarət mərkəzində fəaliyyət göstərəcəklər.

Həmçinin "Crescent Mall"da qonaqların asudə vaxtını açıq havada səmərəli keçirməsi üçün müasir musiqili fontan quraşdırılıb. "Crescent Fontanı" musiqi müşayiəti altında su dalğalarının hərəkəti ilə maraqlı su və musiqi şousu təqdim edəcək.

Müasir texnologiyalarla inşa edilmiş ticarət mərkəzi qonaqlarına rəqəmsallaşan dünyanın yeni trendlerinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidmətini təqdim edəcəkdir. Məlumat bələdçisi ticarət mərkəzində fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat vermək, istiqamət göstərmək, servislərlə bağlı sorğulara cavab verərək qonaqların ticarət mərkəzi daxilində təcrübələrini asanlaşdıracaq. Məlumat bələdçisi 140 dildə yazılı, 3 dildə (Azərbaycan, İngilis və Rus) isə şifahi məlumatlar vermək iqtidarındadır.

Süni intellekti ticarət mərkəzinə tətbiq edərkən, qarşıya qoyulan məqsədlərdən biri də, bu müasir və dünyəvi trendi tarixi və mədəni dəyərlərimizlə əlaqələndirmək olub. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot Leyli adlandırılıb. Süni intellekt məlumat bələdçisi Leyli, Azərbaycanın dahi klassik poeziyasının ən bariz nümayəndələrindən olan Nizaminin Leyli və Məcnun əsərindən, müdriklik və gözəllik simvolu olan Leylidən ilhamlanıb.

"Crescent Mall"-un terras ərazisində sizi xoreoqrafik su rəqsləri, möhtəşəm işıqlandırma və musiqi harmoniyası ilə valeh edəcək heyranedici fəvvarə gözləyir!

Hər gün fəvvarə şousunu bu saatlarda izləyə bilərsiniz: 15:00, 16:00, 17:00, 18:00, 19:00, 20:00, 21:00-da.

Unikal yerləşməyə sahib olan ticarət mərkəzi kompleks ərazisində yerləşən biznes mərkəzi, yaşayış rezidensi həmçinin lüks otel mərkəzi ilə cəmlənərək gələcəkdə xidmətlərini daha da genişləndirərək qonaqlara unudulmaz təcrübə vəd edəcəkdir.

Ticarət mərkəzi haqqında ətraflı məlumat: www.crescentmall.az

Ünvan: Neftçilər prospekti 66, 68 (Aypara saray və şəhərciyi)

Əlaqə nömrəsi: +99502414390

İş saatları: 10:00- 22:00 (həftənin bütün günləri)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top