“Heç bir xanım mənim kimi həyat yaşamasın”

ŞOU-BİZNES 12 iyn 2024, 14:55
"Həyatımdan kitab yazılsa vərəq, mürəkkəb yetməz. Film çəkilsə lent çatmaz. Həyatım o qədər keşməkeşli yolları olub ki, ağır, çətin, şərafətli, şərəfli... Bunların hamısı bir-birini üstələyib, tamamlayıb. Hər zaman Allahıma şükür etmişəm. Bu gün mən ayaqdayam. Hətta verilişinizə bir az qaralardan çıxmış libasdayam. Bunlar hamısı sevginin qarşılığıdır. İstəmirəm tamaşaçıların ovqatını kədərə kökləyim. İstəmirəm onları kədərimə şərik edim". 

Demokrat.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

O bildirib ki, heç bir qadının öz yerində olmasını istəmir:

"Xarici görünüşüm, səhnədəki gülüşüm demək deyil ki, mən xoşbəxtəm. Mən xanımları xoşbəxt görmək istəyirəm, amma güclü yox. Xanımlarımızın nəvazişini çəksinlər. Xanımlarımızı bir çiçək kimi qoxlayıb, əzizləsinlər. Xanımlar mənim kimi həyat yaşamasınlar". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top