Misirlə ticarət dövriyyəsi artırılır? — Deputatdan AÇIQLAMA

GÜNDƏM 10 iyn 2024, 18:22
“Misir Ərəb Respublikası sivilizasiyanın beşiyidir. Tarix boyu Azərbaycanla Misir arasında səmimi münasibətlər olub. Misir və Azərbaycan xalqlarının mədəniyyətində, adət-ənənəsində böyük oxşarlıqlar var”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Misirə səfəri həm Azərbaycan, həm də Misir üçün əlamətdar hadisədir: 

“Hər iki ölkə başçısının həm təkbətək görüşləri, həm də nümayəndə heyətlərinin görüşlərinin ana xəttini ticari əlaqələrin müzakirəsi təşkil etdi. Ölkə başçısı etiraf etdi ki, 17-20 milyonluq ticarət dövriyəsi ilə biz qane ola bilmərik, çünki Azərbaycan Qafqazın inkişaf etmiş ölkəsidir, Misir də öz növbəsində Afrikada iqtisadi potensialı ilə fərqlənən ölkədir. Azərbaycanla Misir arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün hər cür imkan var. Dövlət başçısı Fələstin məsələsi ilə bağlı da öz prinsipial mövqeyini bildirdi – müstəqil Fələstin dövləti qurulmalıdır və müqəddəs Qüds onun paytaxtı olmalıdır. Qəzzada minlərlə günahsız insanın öldürülməsinə Azərbaycan dövlətinin münasibəti qətidir – bu qırğınlar tezliklə dayandırılmalıdır, sülh danışıqlarına ehtiyac var. Dövlət başçısı noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq konfransına Misir Prezidenti Sisini də dəvət etdi. Səfər çərçivəsində imzalanan sazişlər onu sübut edir ki, iki ölkə arasındakı münasibətlərinin gələcək inkişafı üçün geniş potensial mövcuddur”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top