XİN rəhbərləri regional məsələləri müzakirə etdi

XARİCİ SİYASƏT 10 iyn 2024, 16:46
Türkiyə xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Məlumata əsasən, Hakan Fidanla Ceyhun Bayramovun telefon danışığı zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub.

Qeyd edək ki, Ceyhun Bayramov bu gün Almaniyaya işgüzar səfərə yola düşüb. Hakan Fidan isə Moskvada səfərdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top