Zakir Həsənov generalı işdən çıxardı — Yeni təyinat (FOTO)

DAXİLİ SİYASƏT 10 iyn 2024, 12:21
Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.

 Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, Namiq Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Nazirin digər əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top