Rusiya Donetsk vilayətində 2 yaşayış məntəqəsini ələ keçirdi

DÜNYA 07 iyn 2024, 20:33
Rusiya ötən həftə Ukraynanın Donetsk vilayətində 2 yaşayış məntəqəsini nəzarətə götürüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1-7 iyun tarixləri arasında Rusiya ordusu Ukraynada cəbhə xəttində irəliləyişini davam etdirib:

“Mərkəzi və Cənub Hərbi Qrupunun bölmələri Donetsk Xalq Respublikasının Paraskiyevka və Umanskoye qəsəbələrini azad edib. 

Son bir həftədə həyata keçirilən hücumlarda, elektrik obyektləri, Qərb silahlarının yerləşdiyi anbarlar və əcnəbi muzdluların müvəqqəti yerləşdirmə mərkəzləri vurulub”.

Açıqlamada qeyd olunan müddətdə Ukraynaya məxsus 2 "Miq-29" və 1 "Su-25" tipli döyüş təyyarəsi və 424 PUA-nın vurulduğu, 27 Ukrayna əsgərinin təslim olduğu bildirilib. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top