Doğuşdan sonra həyatını itirən qadınla bağlı RƏSMİ AÇIQLAMA

HADİSƏ 07 iyn 2024, 16:59
"Bu gecə Zərdab rayonunda doğuşdan sonra həyatını itirən xəstə uşaqlıqda çapıq diaqnozu ilə xəstəxanaya daxil olub".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Məlumatda qeyd olunur ki, 1996-ci il təvəllüdlü, Zərdab rayon sakini 06.06.2024-cü il tarixdə saat 12:00-da Zərdab Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub.

"Xəstə saat 12:00-da uşaqlıqda çapıq diaqnozu ilə mərkəzə daxil olub. Saat 14:00-da qeysəriyyə əməliyyatı icra edilib. Ana və uşağın səhhəti normal və qənaətbəxş hesab edilib. Saat 18:00-dan sonra xəstədə qıcolma, psixomotor oyanıqlıq müşahidə olunub və huşu pisləşib. Xəstə dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, lakin aparılan tibbi tədbirlərə baxmayaraq xəstənin onun xilas etmək mümkün olmayıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top