Məzahir Pənahov Macarıstanda seçkiləri müşahidə edəcək

XARİCİ SİYASƏT 07 iyn 2024, 14:36
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Macarıstanda seçkiləri müşahidə edəcək.

Bu barədə Demokrat.az-a MSK-dan məlumat verilib.

Bildirilib ki, Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvətinə əsasən gerçəkləşdirilən səfərin məqsədi iyunun 9-da bu ölkədə keçiriləcək Avropa Parlamenti, bələdiyyə və milli azlıqların seçkilərini müşahidə etməkdir.

Səfər proqramına uyğun olaraq, M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə yanaşı, seçkilərin müşahidəsinə qatılan xarici ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi, əməkdaşlıq əlaqələrinin və seçki idarəçiliyinə dair təcrübə mübadiləsinin genişləndirilməsinin inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması da nəzərdə tutulur.

Qeyd edilib ki, MSK sədri seçkilərdən bir gün öncə paytaxt Budapeştdə seçkiqabağı proses və hazırlıqlarla tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək. Macarıstana səfər zamanı MSK sədrini Katibliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli müşayiət edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top