"Bakı Enerji Həftəsi Azərbaycanın uğurlarının təqdimatı üçün mühüm platformadır"

GÜNDƏM 06 iyn 2024, 19:10
“Şübhə yoxdur ki, 1994-cü ildə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan və hazırda Bakı Enerji Həftəsi adlandırılan tədbir təkcə Azərbaycanın enerji gündəliyini deyil, eyni zamanda regionda oynadığı geosiyasi rolun da müzakirə edildiyi ciddi beynəlxalq platformadır. Tədbir çərçivəsində ölkə Prezidentinə göndərilən məktublar da bunu bir daha sübut edir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Bakı Enerji Həftəsi ölkəmizin enerji imkanlarının dünyanın diqqətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir:

“Hər kəs Azərbaycanın öz imkanları daxilində önəmli layihələrə imza atdığını görür və bunu təqdir edir. Bakı Enerji Həftəsinin keçirilməsi bu il “Əsrin Müqaviləsi”nin 30 illiyinə təsadüf edir. Ölkə başçısı da tədbirin açılış mərasimindəki çıxışında son 30 ildə görülən işlərə, əldə olunan nailiyyətlərə və Azərbaycanın dünyanın enerji xəritəsinin formalaşmasındakı roluna diqqət çəkdi. Bunlar ölkəmizin etibarlı tərəfdaş olduğunu təsdiq edir. Ötən əsrin 90-cı illəri erməni təcavüzü nəticəsində ölkəmiz üçün humanitar fəalkət dövrü idi. Həmin ərəfədə Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi baxımından əhəmiyyətli hadisə oldu. Dünya ölkələri arasında Azərbaycanın nüfuzu artdı və etibarlı tərəfdaş kimi mövqeyi güclənməyə başladı. Bu tədbir Azərbaycanın uğurlarının təqdimatı baxımından da vacibdir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top