“Manatlıq” taksilərin ləğvi tıxacları artıra bilər — Nəqliyyat eksperti

SOSİAL 03 iyn 2024, 15:13
 “Əvvəlki dövrlərdə manatlıq taksilərlə bağlı müxtəlif qaydalar tətbiq edilirdi. Hazırda isə işlək bir mexanizm yoxdur. Lakin buna çox ehtiyac var”. 

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. Onun sözlərinə görə nəqliyyat vasitələri arasında əlaqə olmalıdır:

“Manatlıq taksilər tıxacın yaranmasına səbəb olur. 2005-2006-ci illərdən bəri  Bakı şəhərində kütləvi tıxaclar görürük. Düşünürəm ki, bütün hallarda manatlıq taksiləri sıfırlamaq çətin olacaq. Hətta polisləri belə bu işlərə cəlb etsək, yenə effekti olmayacaq. Çünki əhalinin çox hissəsi taksi fəaliyyəti ilə məşğuldur. Tələb və təklif var. Manatlıq taksilər ləğv olunarsa, bir çox insan avtomobil alacaq. Daha çox avtomobil də daha çox tıxac deməkdir. Ona görə də avtobus zolaqlarının sayı artırılmalıdır. Avtobus zolaqları arasında əlaqə olmalıdır”.

Qeyd edək ki, iyulun 1-də "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişikliklər qüvvəyə minəndən sonra manatlıq taksilərin fəaliyyətinin dayandırılacağı bildirilir. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top