Hindistanda istilər səbəbindən sutkada azı 85 nəfər ölüb

DÜNYA 01 iyn 2024, 13:54
Hindistanın şimalında və şərqində son 24 saat ərzində ən azı 85 nəfər havanın yüksək temperaturu səbəbindən ölüb.

“Report” bu barədə TACC-a istinadən xəbər verir.

Bununla belə, ən çox ölüm halı yüksək temperaturun yüksək rütubətlə daha da ağırlaşdığı Odişa ştatındadır.

Məlumata görə, Hindistanın şərq sahilində yerləşən bu ştatda istilərin 46 qurbanı qeydə alınıb, daha onlarla şəxs xəstəxanaya yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top