“İraq İslam Müqaviməti” hərəkatı İsrailin hərbi obyektinə zərbə endirib

DÜNYA 01 iyn 2024, 13:26
“İraq İslami Müqaviməti” hərəkatına məxsus silahlı qüvvələr İsrailin şimalında yerləşən “Əl-Bağdadi” hərbi obyektinə hücum etdiklərini iddia ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında məlumat yerləşdirilib.

Məlumata görə, raket zərbəsi yerli vaxtla saat 07:45-də Qəzza zolağında Fələstin xalqına dəstək məqsədilə həyata keçirilib. Raketin hədəfinə çatdığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top