Kəmaləddin Heydərov xanım polkovnik-leytenanta VƏZİFƏ VERDİ

GÜNDƏM 30 may 2024, 20:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis təyin edilib.

"Qaynarinfo"nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Vəfa Dadaşova təyin olunub.

Qeyd edək ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva, ötən ilin dekabrında isə Tibb Xidmətinin rəisi polkovnik Pərviz Vəliyev vəzifələrindən azad ediliblər. Vəfa Dadaşova hər iki şəxsin vəzifəsini icra edirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top