Hindistanda daşqın nəticəsində 3 nəfər öldü

HADİSƏ 30 may 2024, 19:43
Hindistanın Manipur əyalətində daşqın nəticəsində 3 nəfər həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə “India Today” saytı məlumat yayıb.

Məlumata görə, 1 nəfər su basması, 2 nəfər isə daşqının səbəb olduğu sürüşmədə ölüb. 

Həmçinin, yüzlərlə evi su basıb, minlərlə insan isə təbii fəlakətdən zərər çəkib.

Səlahiyyətlilər, bölgədəki insanların təhlükəsiz yerlərə təxliyyəsinə başlanıldığını açıqlayıb. 

Eyni zamanda, axtarış-xilasetmə işlərinə rəhbərlik üçün Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin (NDRF) bir qrup hərbi təyyarə ilə bölgəyə gəldiyi bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 22:33
22 sentyabr 2025, 21:22
Top