Bakıda narkomanların yuvasına çevrilən QƏBİRİSTANLIQ — VİDEO

HADİSƏ 28 may 2024, 16:13
Sabunçu rayonu Zabrat qəsəbəsindəki qəbiristanlıq baxımsız vəziyyətdədir.

Demokrat.az xəbər verir ki, yaxınlarının məzarını ziyarət edənlər qamışların arasından keçərək getməli olurlar. Bu barədə “Xəbərin olsun” verilişində bildirilib.

Məkan nəzarətsiz qaldığından həm də narkomanların yuvasına çevrilib. Sakinlər bildirir ki, onlar dəfələrlə bura gəlib-gedən və narkotik maddə istifadə edən narkomanları görüblər.

Zabrat qəbiristanlığındakı xoşagəlməz hal Kürdəxanı qəbiristanlığında da hökm sürür.

Burada da qəbirlərin ətrafını hündür qamışlar basıb. Nəticədə ərazini narkomanlar özlərinə məskən seçib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə hər iki qəbiristanlıq artıq polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Ətraflı videoda:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top