Çindən xəbərdarlıq: Tayvan lideri odla oynayır

DÜNYA 24 may 2024, 18:57
“Tayvan lideri Lai Çinq-ten bölgədə müharibə şəraiti yaratmağa çalışır”.

Demokrat.az
xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Tayvan ətrafında keçirilən təlimlərin bölgədə gərginliyi artırması ilə bağlı iddialar yayılıb:

“Təlimdə quru, dəniz, hava və raket qüvvələrindən ibarət qoşunların birgə döyüş qabiliyyəti yoxlanılıb. 

Tayvan lideri Lai Çinq-te vəzifəyə gələn kimi iki dövlət nəzəriyyəsini irəli sürdü.

Bundan əlavə xarici güclərə arxalanaraq Tayvanın müstəqilliyinə nail olmağa çalışdı və tək Çin prinsipinə ciddi şəkildə meydan oxuyub. 

Bu, tamamilə odla oynamaqdır və odla oynayanlar sonda yanacaqlar.

Tayvan Çinin Tayvanıdır və Tayvan məsələsinin necə həll ediləcəyi 1,4 milyarddan çox çinlini maraqlandıran bir məsələdir.

Tayvan ətrafındaki təlimlər tamamilə qanuni və zəruridir.  
Bu hərbi təlimlər separatçı qüvvələrin təkəbbürünə son qoymaq və xarici güclərin müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top