Milyonların ölümünə səbəb olan xəstəlik necə yayılıb?

MARAQLI 23 may 2024, 20:35
Avropada təxminən 25 milyon insanın ölümünə səbəb olan vəba epidemiyasının fərqli şəkildə yayıldığı ortaya çıxıb.

Demokrat.az xəbər verir ki, bu barədə araşdırma “PLOS Biology” jurnalında dərc edilib.

Araşdırmaya görə, epidemiyanın yayılmasında başqa bir böcəyin də rol oynadığı ortaya çıxıb.

Belə ki, insan qanı ilə qidalanan bədən bitlərinin Yersinia pestis bakteriyasını daşıdığı daha əvvəl də bilinirdi.

Lakin, onun epidemiyaya səbəb olacaq qədər mühüm olmadığı düşünülürdü. 

Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün elm adamları laboratoriyada bədən bitlərinin bakteriyaları yayma sürətini araşdırıblar. 

Məlum olub ki, bitlər Yersinia pestis adlanan qan nümunələri ilə qidalanaraq yoluxurmuşlar. 

Bu bitlər daha sonra steril süni dəridən qan udaraq bakteriyaları müntəzəm olaraq yaymağa başlayırlar. 

Bunun da vəba epidemiyalarına səbəb olduğu təxmin edilir.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top