Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti İrandadır — VİDEO

GÜNDƏM 22 may 2024, 13:53
Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edib.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrandadır.

Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehranda keçirilən rəsmi anım mərasiminə qatılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top