Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan yol BAĞANACAQ

SOSİAL 20 may 2024, 11:43
Cavanşir körpüsü sökülmə işləri ilə əlaqədar saat 17:00-dan nəqliyyatın hərəkəti üçün qapadılacaq.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

NİİM-dən bildirilib ki, söküntü ilə bağlı nəqliyyatın hərəkəti aşağıdakı müəyyən edilmiş sxem üzrə olacaq:

- Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkət 28 May küçəsindən olacaq.

- Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini - Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.

- S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq.

- Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər.

- K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək.

- Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Y.Səfərov küçəsində geriyə dönmədən istifadə etmək tövsiyə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top