İran Prezidentini daşıyan helikopter sərt eniş edib — YENİLƏNİB

SİYASƏT 19 may 2024, 17:06
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

“Report” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

16:54

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top