Taksi qiymətləri qalxacaq? — Deputatdan AÇIQLAMA

GÜNDƏM 17 may 2024, 19:20
Azərbaycanda  taksi qiymətlərinin artacağı ilə bağlı xəbərlər yayılıb. Minimal taksi qiymətlərinin 4 manat 50 qəpik olacağı gözlənilir. Yayılan məlumatlarda artımla bağlı qərarın iyunun 1-dən qüvvəyə minəcəyi iddia edilir.  

Bəs, buna səbəb nədir? 

Millət vəkili Naqif Həmzəyev bu barədə Demokrat.az-a açıqlama verib.

“Ümumiyyətlə, son dövrdə nəqliyyatın idarə edilməsi ilə bağlı həyata keçirilən dəyişikliklərin  əsas məqsədi şəhərdə tıxacın  və nəqliyyat vasitələrinin sayının azaldılmasıdır.  Bu baxımdan  ictimai nəqliyyatın keyfiyyətinin qaldırılması, ictimai nəqliyyata olan etibarın qazanılması və daha yaxşı keyfiyyətin göstərilməsi hədəfə alınıb: “İlk növbədə, taksilərin daha komfortlu avtomobillərdən ibarət olunmasına önəm verilir. Eyni zamanda sürücülərin hüquqlarının qorunması üçün səkkiz saatlıq iş rejimi tələbi tətbiq ediləcək. Mövcud taksi xidmətlərinin tariflərinin də artırılması nəzərdə tutulur”. 

“Bu, proseslərin hələ başlanğıcıdır. Düşünürəm ki, yalnız qiymət artımı ilə və yaxud parklanma qiymətlərinin tarifinin yüksək olması ilə bu problem həll olunmayacaq. Biz ilk növbədə, Bakı şəhərinə vətəndaşların kütləvi köçünün qarşısını almalıyıq. Yəni digər şəhərlərdə, rayonlarda, qəsəbələrdə elə bir şərait yaratmalıyıq ki, vətəndaşlar iş axtarmaq üçün və yaxud digər səbəblərdən Bakıya gəlməkdənsə, həmin rayon və şəhərlərdə qalmağa üstünlük versinlər. Eyni zamanda  gənclərimiz də Bakı şəhərində qalıb iş axtarmaq əvəzinə, digər şəhər və rayonlara üz tutsunlar. Belə olacağı təqdirdə, düşünürəm ki, tıxac problemini həll edə bilərik və digər tətbiq edilmiş qaydalar olduğu kimi qalar . Əks təqdirdə, bu edilən dəyişikliklər də bəs etməyəcək və bu da nəticə etibarı ilə həyata keçirilən islahatların o qədər də effektiv olmayacağını ortaya çıxaracaq. Bir sözlə,  bacardığımız qədər çalışmalıyıq ki, bütün işlər koordinasiyalı şəkildə həyata keçirilsin və ən əsası, keyfiyyəti, qiymətin də müəyyən dərəcədə qaldırılması ilə yanaşı çalışaq ki, bu dəyişikliklər şəhərdəki avtomobil sıxlığının qarşısını alsın"

Məhəbbət Tərlanoğlu
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top