AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

TURİZM 17 may 2024, 09:39
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir.

Demokrat.az-ın AZAL-a istinadən verdiyi məlumata görə, təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün keçərlidir.

Bakıdan Pekinə aviabiletlərin qiyməti:

- Bir tərəfə — 235 ABŞ dollarından;
- Gediş-dönüş — 391 ABŞ dollarından;

Pekindən Bakıya aviabiletlərin qiyməti:

- Bir tərəfə — 214 ABŞ dollarından;
- Gediş-dönüş — 398 ABŞ dollarından başlayır.

Qeyd edək ki, endirimli qiymətlər yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 2024-cü il mayın 31-nə kimi həyata keçirəcəyi reyslərinə şamil olunur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən, ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini qaçırmayın!

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top