Maşın uşaq bağçasına çırpıldı: Ölən və yaralanan var

HADİSƏ 17 may 2024, 09:27
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

"Toyota-Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.

Nəticədə avtomobildə olan Şirvan sakini 1986-ı il təvəllüdlü Əsgərov Ramil Nurəddin oğlu və Şirvan sakini 1994-cü il təvəllüdlü Cəfərov İlqar Elşən oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

Əsgərov Ramil bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
Top