Hadisə

“Ağ çiçəyim” gül mağazası yanır — VİDEO (YENİLƏNİB)

“Ağ çiçəyim” gül mağazası yanır — VİDEO (YENİLƏNİB)

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

xxx

Bakıda güclü yanğın başlayıb.

Oxu.Azxəbər verir ki, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül mağazası yanır.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

NE
Nihadə Eyyubova