Elçin Cəfərov ilk dəfə boşandığını etiraf etdi — VİDEO

ŞOU-BİZNES 15 may 2024, 13:22
Müğənni Elçin Cəfərov şəxsi həyatı ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub kanalına qonaq olna ifaçı ilk dəfə boşandığını etiraf edib.

Cəfərov rəsmi sənədlə həyat yoldaşı Aydandan ayrıldığını bildirib. 

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda sənətçinin həyat yoldaşı Aydanla 14 fevralda boşanması ilə bağlı xəbərlər yayılmışdı.

Elçin Cəfərova bu barədə suallar ünvanlansa da, o, cavab vermək istəməmişdi.

Məlumat üçün bildirək ki, Elçin Cəfərovla Aydanın Can adlı bir övladı var. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top