Əli Əsədov Rusiyanın Baş nazirini təbrik etdi

XARİCİ SİYASƏT 11 may 2024, 10:56
Azərbaycanın Baş naziri Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir M.Mişustinin Azərbaycanla Rusiya arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan çoxşaxəli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəni qeyd edib.

M.Mişustinin rəhbərlik etdiyi hökumətin fəaliyyətinin bundan sonra da iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top