Mişustinin baş nazir vəzifəsi təsdiqləndi

DÜNYA 10 may 2024, 21:35
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması Rusiya prezidenti Vladimir Putinin namizədi Mixail Mişustini baş nazir postuna təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Mişustinin namizədliyi ilə bağlı səsvermə üçün plenar iclas keçirilib. 

İclasda Mişustinin çıxışından sonra partiya nümayəndələri də söz alıblar. 

Çıxışlar zamanı Kommunist Partiyasının sədri Gennadi Zyuqanov səsvermədə bitərəf qalacaqlarını bəyan edib. 

Mişustin ümumi yığıncaqda 432 deputatdan 375-dən “hə” səsini alıb. 

57 deputatın bitərəf qaldığı səsvermə nəticəsində Mişustin baş nazir vəzifəsinə təsdiq edilib. 

M.Mişustin bəyan edib ki, o, kabinet üzvlərini ən qısa zamanda müəyyən edib, təsdiq üçün parlamentə təqdim edəcək.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 22:30
Top