Bu hallarda kirayəçi cərimələnə bilər — Ekspert AÇIQLADI

GÜNDƏM 10 may 2024, 19:59
 Qanunvericiliyə əsasən ev kirayə verilən zaman tərəflər arasında kirayə müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə əsasən də ödənişin vaxtı və məbləği müəyyən olunur. Bəs, kirayəçi ödənişi vaxtında ödəməsə, evdən çıxarıla bilərmi? Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-açıqlama verib. O qeyd edib ki, hər hansısa bir əmlak, mənzil, qeyri-yaşayış obyekti icarəyə verilirsə, mütləq şəkildə rəsmi  qaydada müqavilə bağlanmalıdır:

“Bu zaman bütün öhdəliklər qeyd olunur. Tərəflərdən birinin öhdəlikləri pozması ilə bağlı qanunvericilikdə müəyyən müddəalar var. Bu zaman həmin şəxs cərimələnə bilər və yaxud kompensasiya ödəməli olar. Qeyd olunmuş icarə müqaviləsindəki vaxtda kirayə götürən şəxs mütləq şəkildə məbləği həmin tarixdə ödəməlidir. Əgər həmin tarixdə ödəməni gecikdirərsə, bu barədə ev sahibini məlumatlandırmalıdır. Əmlak sahibi həmin şəxsi bir müddət gözləyə bilər.Təbii ki, bu, qarşılıqlı razılaşma əsasındadır.

Əgər müddət həddindən çox uzanarsa, artıq ev sahibinin qanunvericiliyə əsasən həmin şəxsi evdən çıxarmaq hüququ var.  Yəni, bu baxımdan kirayə müqavilələrinin bağlanması hər iki tərəfin bu məsələ ilə bağlı hüquqlarının qorunmasına gətirib çıxarır. Müqavilənin bağlanması yaxşı haldır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 22:30
Top