ABŞ qoşunlarını bu tarixdə Nigerdən çıxaracaq

DÜNYA 20 may 2024, 21:22
Amerika Birləşmiş Ştatları qoşunlarını sentyabrın ortalarına qədər Nigerdən çıxaracaq.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ və Niger tərəfləri ortaq bəyannamə imzalayıb.

Bəyannamədə ortaq qərara uyğun olaraq, Nigerdə ​​yerləşən Amerika əsgərlərinin ən geci sentyabrın 15-dək ölkəni tamamilə tərk edəcəyi qeyd edilib. 

Qeyd edək ki, Niger martın 17-də ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb.

Bundan əlavə, ABŞ əsgərlərinin tezliklə ölkəni tərk etmələrini tələb edib. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top