Çinlə Serbiya arasında ticarət müqaviləsi imzalandı

DÜNYA 08 may 2024, 23:38
Avropada nüfuzunu artıran Çin Xalq Respublikası Serbiya ilə azad ticarət müqaviləsi imzalayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, iyulun əvvəlində iki ölkə arasında iqtisadi və siyasi əlaqələri dərinləşdirəcək yeni azad ticarət sazişi həyata keçiriləcək. 

"Ortaq gələcək" adlı saziş hərtərəfli Serbiya-Çin tərəfdaşlığının bir hissəsi kimi dəyərləndirilib.

Saziş Serbiya Prezidenti Aleksandar Vuçiç və Çin Prezidenti Si Cinpinq arasında Belqradda keçirilən birgə mətbuat konfransında imzalanıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top