Azərbaycan Milli QHT Forumunun rəhbərliyində dəyişikliklər olacaq

DAXİLİ SİYASƏT 06 may 2024, 09:10
Yaxın günlərdə Azərbaycan Milli QHT Forumunun qurultayı keçiriləcək.

Bu barədə Demokrat.az-a AMQF-nun prezidenti Rauf Zeyni məlumat verib.

O, bildirib ki, qurultayda nizamnaməyə dəyişikliklər ediləcək və “Azərbaycan Milli QHT Forumunun prezidenti” postu ləğv olunacaq. Foruma rəhbərliyi yeni formalaşdırılacaq İdarə Heyətinin sədri edəcək. Forumun 5 nəfərdən ibarət İdarə Heyəti olacaq. Rauf Zeyni Forumun İdarə Heyəti sədrliyinə namizədliyini irəli sürməyəcəyini qeyd edib.

O, əlavə edib ki, AMQF-də islahatlar planı çoxdan var idi və sevindirici haldır ki, prosesə artıq başlanılır. Rauf Zeyni bildirib ki, Azərbaycanda QHT-lərlə əlaqədar dövlət siyasəti uğurla aparılır, qonşu ölkələrdə baş verən hadisələr bir daha Azərbaycanda vaxtilə bu proseslərdə uzaqgörən, müdrik yanaşmaların nümayiş etdirildiyini və təkmil hüquqi tənzimlənmələrin aparıldığını sübut edir.

O, Azərbaycanda sağlam vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi kimi son dövrlər QHT-lərin daha münbit şəraitdə fəaliyyəti üçün dövlət tərəfindən xeyli işlərin görüldüyünü, QHT nümayəndələrin COP29 Təşkilat Komitəsi kimi nüfuzlu heyətlərdə təmsil olunduğunu, ümumilikdə, QHT sektorunda islahatların genişləndirildiyini vurğulayıb və bu müsbət prosesi alqışladığını qeyd edib. Rauf Zeyni onu da əlavə edib ki, şəffaflıq, hesabatlılıq, ölçüləbilən nəticələr, effektiv menecment islahatların özəyini təşkil edir və yeni inkişaf mərhələsində bunlar əsas çağırışlar olaraq qalacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top