“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

İDMAN 04 may 2024, 14:03
“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlakın işsiz günləri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyəli mütəxəssis Azərbaycan millisinin hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” klubuna qayıdıb.

Kavlak yenidən klubun idman direktoru vəzifəsinə təyin edilib. O, son olaraq “Adanaspor”da baş məşqçi kimi işləyib.

“Hatayspor” 33 xalla 18-ci pillədə qərarlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top