“Qarabağ” reytinqdə gerilədi

İDMAN 02 may 2024, 10:41
Azərbaycan Premyer Liqası komandalarının reytinqləri bəlli olub. 

Demokrat.az xəbər verir ki, bu barədə “Opta” idman analitikası şirkəti məlumat açıqlayıb. 

Çempionluğunu rəsmiləşdirən “Qarabağ” reytinqin ilk “100-lüy”ündən kənarda qalıb. Klub 118-ci sıraya geriləyib. Digər komandalarımızdan “Zirə”, “Turan Tovuz”, “Səbail” və “Qəbələ”də də geriləmə müşahidə olunub.

Əvəzində “Sabah”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Araz-Naxçıvan” irəliləyişə nail olublar. “Qarabağ”la yanaşı, “Sabah”, “Neftçi” və “Zirə” də siyahının ilk “1000-liy”inə düşüblər.

Dünya reytinqinə “Mançester Siti” başçılıq edir. İngiltərə klubu 100 xala malikdir. İkinci sırada “Real” (98), üçüncü pillədə isə “İnter” (97,6) qərarlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2024, 20:42
Top