Kanadada yanğın: 6 mindən artıq insan təxliyə edildi

DÜNYA 16 may 2024, 21:10
Kanadanın Qərbi Kanada bölgəsində baş verən meşə yanğınları səbəbindən 6600 nəfərin təxliyəsinə qərar verilib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, bölgədə Regional Bələdiyyə tərəfindən "yerli fövqəladə vəziyyət" elan edilib.

Yanğının meşədən ətraf rayonlara keçməsi səbəbilə çoxlu sayda təxliyələr həyata keçirilib. 

Hazırda, Alberta ştatında yanğının 209 kvadrat kilometrlik ərazidə davam etdiyi bildirilib. 

Rəsmilər ölkə üzrə 134 aktiv yanğının olduğunu açıqlayıb və 43 yanğının nəzarətdən çıxdığını bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top