“Kurtlar vadisi pusu” serialındarol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib.
Axşam.az xəbər verir ki,“Günaylı gün” verilişindəqonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:
"Mən hazırda Rumıniyada yaşayıram. Açığı deyim ki, mənim təsvir etdiyimAzərbyacan tam başqa cür idi. Ölkənizinbu qədər inkişaf etdiyinidüşünmürdüm. Cənab Prezident İlham Əliyevə səslənirəm, mənə vətəndaşlıq verin. Burada yaşayaram. Bu qədər mükəmməl şəhər görməmişəm. Çox gözəl şəhərdir".
Qeyd edək ki, Orhan aydın serialda "Kənan Yarbay" obrazını canlandırıb.

