“Ermənilərlə azərbaycanlılar birlikdə yaşayacaq, bu dəfə vəziyyət başqa cürdür...”

SİYASƏT 01 may 2024, 13:44
44 günlük mühairbədən sonra dövlətimiz öz ərazi bütövlüyünü mərhələli şəkildə bərpa edir. İşğal olunmuş ərazilərin azad edilməsindən sonra, artıq növbəti mərhələdə Qazaxın 4 kəndinin qaytarılması reallaşır. Mayın 15-də həmin kəndlərin Azərbaycana qaytarılması barədə artıq razılıq da əldə olunub. Digər 4 anklav kəndin də yaxın vaxtlarda Azərbaycanın yurisdiksiyasına qaytarılması gözlənilir. 

Bununla bağlı “Yeni Sabah”a açıqlama verən Əməkdar jurnalist Elçin Şıxlı bu kəndlərdən olan azərbaycanlı əhalinin həmin yerlərə qayıtmasından söz açıb:

“Kəndləri qaytarıblar, inşallah digərləri də qayıdacaq. Bu istər normal qaydada, istərsə də digər yollarla baş tutacaq. Gec ya da tez bu olacaq. Qazaxın həmin kəndlərindən olan sakinlər də mütləq dədə-baba yurdlarına, öz el-obalarına qayıdacaq və orada yaşamağa başlayacaqlar. Çünki sözügedən kəndlər işğal altında olan bölgələrdən yeganəsidir ki, buradan didərgin düşən insanlar Qazaxdan kənara çıxmadılar. Qazaxın qaçqınları yenə də Qazaxda məskunlaşdılar. Bu səbəbdən əminliklə söyləmək olar ki, yurd-yuvasından didərgin düşmüş qazaxlılar yenidən öz kəndlərinə qayıtmaq və orada yaşamağa davam etmək istəyirlər”. 

E.Şıxlı bildirib ki, ermənilər bizim sakinlərlə birgə yaşamaq istəməyib, münaqişə yaratsa, vəziyyət əvvəlkindən fərqli olacaq: 

“Azərbaycanlı və erməni əhali tarix boyu bir-birilə yanaşı yaşayıblar. İndi də yaşaya bilərlər. Əks halda, biz onları rahatlatmağın yolunu bilirik. Sadəcə olaraq, 90-cı illərdə müharibə başlayanda bizlər əliyalın idik. Ona görə də ermənilər bizə üstün gəlməyi bacarmışdılar. İndi belə olmayacaq, çünki hazırkı vəziyyət başqa cürdür. Bizim millətimiz döyüşkən, qorxmaz və cəsurdur. Fəqət, yaba ilə döyüşmək, avtomatın qarşısında dayanmaq mümkün olan bir şey deyil”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top