Qubada 38 yaşlı kişi başqa qadınla münasibət qurdu, arvadı isə... (TƏFƏRRÜAT)

HADİSƏ 01 may 2024, 13:04
Quba rayonunda 1986-cı il təvəllüdlü Ədalət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərgizə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 5-də Quba şəhərində baş verib. 

Ədalət həmin gün, səhərə yaxın saat 4 radələrində birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Nərgizin başına qəsdən şüşə qənd qabı ilə bir dəfə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Ədalətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ədalət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Nərgiz ilə 2016-cı ildə rəsmi nikahla ailə qurub, bu nikahdan 2 övladları olub: 

“Son zamanlar ailə münasibətlərimiz pozuldu. Buna səbəb isə Nərgizin mənimlə soyuq rəftar etməsi oldu. Mən də ona qarşı suyuq münasibətlə qarşılıq verdim. Fevralın 29-da Nərgiz sinif yoldaşının evinə qonaq getmək adı ilə Sumqayıt şəhərinə getdi, uşaqları da özü ilə apardı. Etiraz etsəm də, Nərgiz mənə məhəl qoymamdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 4-də, saat 17 radələrində Nərgiz evə qayıtsa da, o Nərgizin acığına yaşadıqları evə gəlməyib: 

“Martın 5-də, səhərə yaxın saat 4 radələrində yaşadığım evə gəldimç. Nərgiz mənə niyə gec gəldiyimi, zənglərinə cavab verməməyim ilə əlaqədar iradımı bildirdiyindən aramızda mübahisə yarandı. Nərgizin bu danışığı xoşuma gəlmədiyi üçün qəzəbləndim. Onun saçından tutaraq əlimə keçən şüşə qənd qabı ilə başından bir dəfə vurdum. Nərgiz bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi”. 

İş üzrə zərərçəkmiş Nərgizin sözlərinə görə, əri Ədalət ilə münasibətləri son vaxtlar pozulub, buna səbəb isə Ədalətin başqa qadınla əlaqə saxlaması olub: 

“Fevralın 29-da 2 uşağım ilə birlikdə alacağımız mənzilə baxmaq üçün Sumqayıt şəhərinə getdim. Martın 4-də, saat 17 radələrində evə qayıtdım. Həmin müddətdə zəng etsəm də, Ədalət zənglərimə cavab vermədi. Martın 5-də, səhərə yaxın saat 4 radələrində Ədalət evə gəldi. Aramızda zənglərimə cavab verməməsilə əlaqədar mübahisə yarandı. Həmin vaxt Ədalət saçımdan tutaraq əlində olan şüşə qənd qabı ilə başımdan bir dəfə vurdu və mənə xəsarət yetirdi. Baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişəm”. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ədalətin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top