Abşeronda ər arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 01 may 2024, 10:42
Abşeron rayonunda 1991-ci il təvəllüdlü Ayaz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Ayaz bu ilin fevralın 7-də, saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Könülün onun valideynləri ilə birlikdə yaşamaq istəməsi ilə bağlı fikir söyləməsinə etiraz edib. 

O, aralarında ailə daxili münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə edib və həmin mübahisə əsnasında Könülün üzərinə hücum edib. 

Qəsdən şillə və yumruqla Könülün sifət, baş, boyun, qol və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Könül ilə 2022-ci ildə ailə həyatı qurub və bir övladları var: 

“Fevralın 7-də, saat 20 radələrində yaşadığım evdə olarkən Könülə əvvəllər də olduğu kimi, yenə də valideyinlərimin yanında qalmağı təklif etdiç. Könül isə buna etiraz edərək ayrı qalmaq istədiyini, valideyinlərim ilə birlikdə yaşamaq istəmədiyini bildirdi. Bu səbəbdən Könüllə aramızda mübahisə baş verdi. Mübahisə zamanı şillə ilə bir dəfə onun sifət nahiyəsindən zərbə vurdum. Hadisə zamanı evdə başqa şəxs olmayıb. Hazırda törətdiyim əməldən peşmanam”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ayazın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top