“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi

İDMAN 30 apr 2024, 13:39
Azərbaycan Premyer Liqasının XXXIII turunun "Qarabağ" - “Neftçi” oyununun stadionu dəyişdirilib.

Demokrat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təşkilati məsələlərlə əlaqədar olaraq, görüş “Azersun Arena”da oynanılacaq.

Mayın 4-də oynanılacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl matçın Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyi açıqlanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 22:30
Top