12-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

DÜNYA 29 apr 2024, 13:55
Moskvanın cənub-şərqində üç yaşlı uşaq 12-ci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Moskva vilayətinin prokurorluğu özünün teleqram kanalında məlumat yayıb.

Hadisə Kapotnyada baş verib. Üç yaşlı uşaq hündürmərtəbəli mənzilin pəncərəsindən yıxılıb.

Uşaq sağ qalıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Məlum olub ki, hadisə zamanı oğlanın anası mənzildə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top