Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil etdi — FOTOLAR

MEDİA 15 may 2024, 18:03
Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, 15 may  2024-cü il tarixində Şura əməkdaşları BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil etmişdir.   

Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr tərəfindən maraqla qarşılandığını, belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulamışdır.

Audiovizual Şuranın əməkdaşları audiovizual media və onun tənzimlənməsi normaları haqqında geniş təqdimatla çıxış etmişlər. Məlumat almaq hüququ, yayımlanması məhdudlaşdırılan informasiyalar, yayımlanmış materialların saxlanılması, mediada reklamın yayılması, audiovizual media sahəsində lisenziyalaşdırma və digər mövzular barədə tələbələrə ətraflı məlumat verilmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılımışdır.  










SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top