Rusiyada polis postuna hücum edildi: 7 ölü var — VİDEO

DÜNYA 29 apr 2024, 10:00
Rusiyanın Qaraçay-Çərkəz Respublikasında yol patrul xidmətinin əməkdaşlarına silahlı şəxslər hücum edib.

Demokrat.az xəbər verir ki, hadisə bazar günü gecə saatlarında baş verib. 

Silahlılar posta yaxınlaşaraq əvvəlcə qumbara atıblar. Daha sonra avtomomat silahdan atəş açmağa başlayıblar. 

Baş verən silahlı qarşıdurma zamanı 5 silahlı şəxs zərərsizləşdirilib. Eyni zamanda iki polis əməkdaşı da həyatını itirib, dördü isə yaralanıb.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top