Taxtakörpü-Ceyranbatan su kanalında batan 27 yaşlı gəncin meyiti tapıldı

HADİSƏ 21 apr 2024, 13:24
Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Bundan əlavə, Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top