Azərbaycan gimnastı Dünya Kubokunda daha bir finala yüksəlib

İDMAN 20 apr 2024, 21:46

Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda daha bir finala yüksəlib.

Trend xəbər verir ki, Z.Ağamirova lentlə hərəkətlər proqramında finala çıxıb. Təsnifat mərhələsində gimnastımız 30,650 xalla beşinci yeri tutub.

Z.Ağamirova bu gün gürzlərlə hərəkətlər proqramını da təqdim edib. Bu proqramda idmançı 31.000 xalla 12-ci yeri tutdu.

Kamilla Seyidzadə lentlə hərəkətdə 28.600 xalla 22-ci, gürzlərlə hərəkətlər proqramında isə 14-cü (30.900 xal) yeri tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top